Ancelina Coli keçmiş əri Bred Pittlə ortaq biznesi olan şərabçılıq zavodunun hissələrini onun icazəsi olmadan 67 milyon dollara satıb. Bu tərəflər arasında mübahisəyə səbəb olub.
Uvertura.az-ın xəbərinə görə, bu günlərdə Bred Pitt rusiyalı oliqarx Yuri Şeflerin Coliyə yazdığı məktubu mediaya nümayəndələrinə göstərib.
O bildirib ki, rusiyalı oliqarx Coli ilə razılaşaraq, ona qarşı gizli işbirliyinə girib. Aktyor məktubu sübut kimi məhkəməyə təqdim edib.