Müğənni Səidə Dadaşova illərdir küsülü olduğu xalası, Xalq artisti Brilliant Dadaşovadan danışıb.
Uvertura.az Azərtaca-a istinadən xəbər verir ki, “Xəzər axşamı” proqramına qonaq olan sənətçi, suallara cavab verərkən, xalası Brilliant Dadaşova ilə münasibətləri barədə də açıqlama verib. Verilişdə Səidə və xalaları Brilliant və İradə Dadaşovalarla birgə mahnı ifa ediblər.
Aparıcı Mətanət Əliverdiyevanın “Nə yaxşı bir yerdəsiniz?” sualına Səidə belə cavab verib: “Burada nə var ki… Bu, tamamilə normal bir haldır. Biz bir yerdə, bir səhnəni də bölüşə bilərik. Bizi hər yerdə görə bilərsiniz. Bu məclis Brilliant xanımın təşəbbüsü ilə təşkil olunub. Ona deyiblər ki, biz Səidə xanımın da bu məclisdə iştirak etməsini istəyirik. Dedilər ki, belə bir məclis var, mən də gəldim. Dedim ki, eşq olsun səhnəmizin Brilliantına. Yaxşı ki, səhnəmizin brilyant səsli ifaçısı var. Yaxşı ki, bizimsiniz, çünki Brilliant Dadaşova olduğu yerdə sənət, musiqi, məktəb və dünya var. Bunu hər zaman demişəm. Təəccüblənməyin, biz hər yerdə ola bilərik və sürprizlərlə doluyuq. Sənətkarla bir səhnəni paylaşmaq mənim üçün şərəfdir.”
Qeyd edək ki, Səidə Dadaşova, Brilliant Dadaşovanın bacısı, mərhum Xalq artisti Rafael Dadaşovun qızı və Sədaqət Dadaşovanın övladıdır. Səidə uzun illərdir anası ilə küsülüdür.