Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, aktrisa xərçəngdən dünyasını dəyişib. Ona 2008-ci ildə süd vəzisi xərçəngi diaqnozu qoyulmuşdu və 10 ildən sonra xəstəlik təkrar etmişdi.
Oliviya Hassi 1951-ci ildə dünyaya gəlib. İlk dəfə 13 yaşında ekranda görünən aktrisa, 16 yaşında isə Franko Zeffirellinin rejissorluq etdiyi “Romeo və Cülyetta” filmində Oskar mükafatı qazanmış Cülyetta rolunu canlandırıb.
1974-cü ildə Oliviya Hassi Bob Klarkın “Qara Milad” adlı qorxu filmində baş rolda yer alıb. Bu film hazırda sleşer janrının əsas nümunəsi hesab olunur. Aktrisa “Jesus of Nazareth”, “It”, “Death on the Nile”, “Ayvenho” kimi bir çox məşhur filmlərdə də rol alıb.