Keçən il afaziyadan əziyyət çəkən və xəstəliyi irəlilədikcə demensiya diaqnozu qoyulan dünya şöhrətli aktyor Brüs Uillisin son vəziyyəti ilə bağlı həyat yoldaşı Emma Hemminq də açıqlamalar verib.
“Mən bacardığım ən yaxşı həyatı yaşamaq üçün hər gün şüurlu səy göstərməliyəm… Bunu özüm, iki uşağım və başqa cür yaşamamı istəməyən Bryus üçün edirəm. Bunun səhv başa düşülməsini istəmirəm, sanki yaxşıyam, yox. Mən yaxşı deyiləm. Amma özüm və ailəm üçün əlimdən gələni etməliyəm. Özümüzə yaxşı baxmasaq, sevdiyimiz heç kimə yaxşı baxa bilmərik. Əlimdən gələni edirəm, həmişə… Gününüzün bir anını ayırın və bir saniyəlik fasilə verin və yaxşı bir şey axtarın. Özümüzə yaxşı baxmayanda, sevdiyimiz və qayğısına qalmaq istədiyimiz insanlara da yaxşı baxmırıq”.