Mədəniyyət

Bu gün aşıq Ədalət Nəsibovun doğum günüdür

Bu gün Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri, ustad sənətkar Ədalət Nəsibovun doğum günü qeyd olunur.

Uvertura.az xəbər verir ki, bu gün Türk dünyasının böyük sənətkarı, Əməkdar incəsənət xadimi aşıq Ədalət Nəsibovun anadan olmasının 87-ci ildönümü tamam olur.

Ədalət Nəsibov uzun illər ərzində Azərbaycan aşıq sənətinin inkişafına və təbliğinə mühüm töhfələr verib, zəngin yaradıcılığı ilə geniş dinləyici auditoriyasının rəğbətini qazanıb. Onun ifaları milli musiqi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsində xüsusi əhəmiyyət daşıyır.

Aşıq Ədalət Nəsibovun sənəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.

Sənətkar 2017-ci il sentyabrın 14-də Bakı şəhərində vəfat edib və Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub.

Ustad aşığın xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində möhtəşəm qəbirüstü abidə yaradılıb. Həmçinin Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Dədə Ədalətin möhtəşəm büstü ucaldılıb.

You may also like