Bu gün Azərbaycanlı milyonçu, xeyriyyəçi, Rusiya imperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı Hacı Zeynalabdin Tağıyevin anım günüdür.
Uvertura.az xəbər verir ki, vəfatından 101 il ötməsinə baxmayaraq xalqımız Hacı Zeynalabdin Tağıyevin xatirəsini hər zaman əziz tutur, onu böyük hörmət və sevgi ilə yad edir.