Bu gün Azərbaycan musiqi sənətinin parlaq simalarından biri, dünyaşöhrətli vokal ustası, Xalq artisti Bülbülün anım günüdür.

Bülbül təkcə nadir səs tembrinə malik bir sənətkar deyil, həm də klassik vokal məktəbinin Azərbaycanda inkişafında misilsiz rol oynamış bir şəxsiyyətdir. O, Şərq musiqisi ilə Qərb vokal texnikasını birləşdirərək milli musiqimizi yeni mərhələyə daşıdı.

Ənənələrə sadiq qalan, yeniliklərə açıq olan Bülbül sənəti bu gün də musiqi ictimaiyyətinin, gənc ifaçıların ilham mənbəyidir.

Uvertura.az olaraq böyük sənətkarı dərin ehtiramla anır, onun zəngin irsini yaşadan hər kəsə təşəkkür edirik.

You may also like