Azərbaycanın görkəmli kino rəssamı Cəbrayıl Əzimov 1926-cı ildə Bakıda anadan olub.
Cəbrayıl Əzimov Ə.Əzimzadə adına Rəssamlıq məktəbini (1946), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini (1953) bitirib. 1953-cü ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam işləyib. “Görüş”, “Uzaq sahillərdə”, “Leyli və Məcnun”, “Sehrli xalat”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qızmar günəş altında”, “Qanun naminə” kimi filmlərin quruluşçu rəssamı olub. Sənətkar 10 iyul 1969-cu ildə vəfat edib.
Qeyd edək ki, Cəbrayıl Əzimov Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafiq Əzimovun əmisi, “Əhməd haradadır” filmində Leyla rolunun ifaçısı Töhfə Əzimovanın həyat yoldaşı olub.