Mədəniyyət

Bu gün görkəmli şair Mikayıl Müşfiqin anım günüdür

O, doğma Bakını, onun sinəsinə baş qoyub uyuyan mavi Xəzəri, dənizin qayalıqlara, qumlu sahillərə çırpılan dalğalarını çox sevirdi. Bəzən saatlarla onları seyr etməkdən yorulmazdı. Tanrı bəxtini kəm etsə də, ondan çox güclü ilham və istedadı əsirgəməmişdi. Erkən yaşda anası Züleyxanı, 6 yaşında atası Əbdülqadiri itirsə də, heç vaxt özünü itirmədi…

Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür. O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub.

Uvertura.az xəbər verir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin vəfatından 88 il ötür.

You may also like