Hikmət Ziya 1929-cu il mayın 13-də Şəkidə anadan olub.
O, Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. “Azərbaycan pioneri” qəzetində, “Göyərçin” jurnalı redaksiyasında çalışıb. İlk şeiri “Qeqola” olub. İlk satirik şeirləri, “Atamın hədiyyəsi”, “Bahar gözəldir, ya qış?”, “Milçək ürəyi” kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunub. “Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulub. Librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnib.