magbo system

Hər il aprelin 1-i dünyada zarafat və gülüş günü kimi qeyd olunur. İnsanların həyatında gülüşün xüsusi yeri var və təsadüfi deyil ki, “Gülüş bir günəşdir, o qışı insanın üzündən götürür” deyimi də bunun ən gözəl ifadələrindən sayılır.

Uvertura.az xəbər verir ki, Gülüş Gününün tarixi təxminən 500 il əvvəl Fransaya gedib çıxır. O dövrdə fransızlar Yeni ili aprelin 1-də qeyd edirdilər. Lakin Fransa kralının qərarı ilə Yeni ilin yanvarın 1-də keçirilməsi müəyyən edildi. Bu qərarla razılaşmayan insanlar isə etirazlarını zarafat və məzəli oyunlarla ifadə etməyə başladılar.

Zaman keçdikcə Yeni ilin qeyd olunma tarixi dəyişsə də, 1 aprel zarafat və gülüş günü kimi yadda qaldı və bu ənənə tədricən bütün dünyaya yayıldı. Bu gün insanlar bir-birinə zarafatlar edir və gülüş dolu anlar yaşayırlar.

You may also like