Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the nano domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/uvertura/public_html/wp-includes/functions.php on line 6114
Bu gün Xalq artisti Məhluqə Sadıqovanın doğum günüdür – Uvertura.az
Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits. https://bet-andreas-az.com/ https://bunafarmacie.ro/
Kino

Bu gün Xalq artisti Məhluqə Sadıqovanın doğum günüdür

Aprelin 28-i, yəni bu gün Azərbaycan aktrisası, Xalq artisti Məhluqə Sadıqovanın doğum günüdür. O, 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib.

Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Lakin əsas uğurlarını daha çox xarakterik səhnə surətlərinin ifasında qazanıb. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

Qırx ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub.

Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona (“Oqtay Eloğlu”, “Solğun çiçəklər”, “Almaz”, “Sevil”, “Dönüş” və “1905-ci ildə”, Cəfər Cabbarlı), Süd (“Göy quş”, Moris Meterlink), Qiasinta (“Skapenin kələkləri”, Jan Batist Molyer), Sayad, Səlimə, Şamama cadu və Zərnigar (“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Hərəmxana qarısı, Fitnə, Mehriban (“Vaqif”, “Fərhad və Şirin” və “Xanlar”, Səməd Vurğun) rollarını ifa edib.

Eyni zamanda aktrisa Qalçixa və Anuşka (“Günahsız müqəssirlər”, Aleksandr Ostrovski), Zəhra (“Şeyx Sənan”, Hüseyn Cavid), Paulina (“Qış nağılı”, Vilyam Şekspir), Sofiya (“Vanya dayı”, Anton Çexov), Missis Daycen (“Şeytanın şagirdi”, Bernard Şou), Nata xanım (“Nazirin xanımı”, Branislav Nuşiç), Pəri xanım (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Dolores (“Qadın faciəsi”, Federiko Qarsiya Lorka), Güllü xala (“Yalan”, Sabit Rəhman), Zabitə (“Atayevlər ailəsi”, İlyas Əfəndiyev), Ana (“Şöhrət və ya unudulan adam”, Nazim Hikmət), Sofiya (“Daş qartal”, Pavel Malyarevski), Klavdiya Vasilyevna (“Şadlıq sorağında”, Viktor Rozov) kimi obrazlara həyat verib.

Qeyd edək ki, aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.

You may also like