Mədəniyyət

Bu gün Xalq artisti Yaşar Nurinin doğum günüdür

Bu gün görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət Mükafatı laureatı Yaşar Nurinin doğum günüdür.

Uvertura.az xəbər verir ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda, tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Aktyorun atası Azərbaycan kino və teatr tarixində çox sayda rolun mahir ifaçısı olub. Hər birimizin sevə-sevə izlədiyi “Yeddi oğul istərəm”, “Ulduz”, “Uşaqlığın son gecəsi”, “Sehrli xalat” və s. filmlərdə rol alan Məmmədsadıq Nuriyevin aktyorluq istedadı, sözsüz ki, övladı Yaşar Nuriyə sirayət edib və hər iki sənətkar kino və teatr tarixində unudulmaz rolların mahir ifaçısına çevrilib.

O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, kinoda isə “Spasibo” filmini çəkib.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də dünyasını dəyişib.

Yaşar Nuri yaddaqalan obrazları ilə həmişə xalqımızın ürəyində yaşayacaq. Allah rəhmət eləsin!

You may also like