Ədəbiyyat Mədəniyyət

Bu gün Xalq şairi Qabilin anadan olmasından 99 il ötür

Avqustun 12-si çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Xalq şairi Qabilin doğum günüdür.

Uvertura.az xəbər verir ki, bu gün Xalq şairinin anadan olmasının 99-cu ildönümü tamam olur.

O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb. 1944-1948-ci illər ərzində institutun dil və ədəbiyyat fakültəsinə daxil olub. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olub.

1975-1979-cu illərdə “Ədəbiyyat və incəsənət” qəzetində poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləyib.

AYB Ağsaqqallar Şurasının sədri olub.

Görkəmli şair 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatına, 1998-ci ildə Ədəbiyyat Fondunun “Rəsul Rza” mükafatına layiq görülüb.

Şairdən geriyə qalan əsərlərə 1959-cu ildə yazdığı “Mənim mavi Xəzərim”, 1962-ci ildə yazdığı “Ömür boyu”, 2001-ci ildə yazdığı “İlahi qismət” və s. kimi əsərləri misal göstərmək olar.

Qabil İmamverdiyev 2007-ci il aprelin 4-də Bakıda vəfat edib və I Fəxri xiyabanda dəfn edilib.

 

You may also like