Bu gün Xalq şairi Zəlimxan Yaqubun vəfatından 10 il ötür.
Uvertura.az xəbər verir ki, müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı ədəbi hadisədir.
Zəlimxan Yaqub ilk şeirlərindən başlayaraq ədəbi ənənəyə sadiq qaldığını göstərdi; ancaq bununla yanaşı, öz taleyini yazmağa başladı. Onun yazdıqları xalqın içindən gəlirdi, xalqın ruhu və taleyini əks etdirirdi. Obrazları qeyri-adiliyi ilə fərqlənirdi. Bu obrazlar içərisində “bir qurtum su”, “bir ovuc torpaq”, “bir əlçim bulud”, “bir əsim meh”, “bir çaxım şimşək”, “al-əlvan çöllər”, “bərəkətli tarlalar” və s. təkcə orijinallığı ilə deyil, məzmunu ilə də yeni idi.
Sağlığında heykəlləşən, bənzərsiz şeirləri ilə Azərbaycan ədəbiyyatına adını əbədi həkk edən, əbədiyaşarlıq qazanan Zəlimxan Yaqub hər zaman böyük sevgi və ehtiramla anılacaq.
