Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə bu gün, iyulun 24-də axşam saatlarında XIV Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək. Gözəl bir ənənəyə çevrilən festival iyulun 29-dək davam edəcək. Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçiriləcək festivalda Azərbaycandan və xarici ölkələrdən tanınmış ifaçılar, gənc istedadlar, musiqi kollektivləri iştirak edəcəklər.
Uvertura.az xəbər verir ki, Festival çərçivəsində, həmçinin görkəmli musiqi xadimləri Rauf Atakişiyevin 100, Vasif Adıgözəlovun 90 illik yubileyləri də xüsusi konsert proqramları ilə qeyd ediləcək.