Uvertura.az xəbər verir ki, Beynəlxalq Təhsil Mərkəzi daha bir yenilik edərək “Bu şirkətdə evlənməyən qalmayacaq” adlı kampaniya başladıb.
Belə ki, Beynəlxalq Təhsil Mərkəzi əmək haqqından əlavə evlənən hər bir çalışanına aylıq 400 manat ödəniş edir.
Şirkətin rəhbəri Ramal Şəmşədlinin sözlərinə görə, Beynəlxalq Təhsil Mərkəzində fəaliyyət göstərən əməkdaşların inkişafı üçün bütün təlim xərcləri şirkət tərəfindən qarşılanacaq.