Mayın 27-də Budapeşt şəhərindəki Yunus Əmrə İnstitutunda UNESCO üzrə Milli Komissiyanın dəstəyi, Azərbaycanın Macarıstandakı səfirliyi və Azərbaycan-Macarısan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb.
Uvertura.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Azərbaycan ilə Macarıstan arasında mədəniyyət sahəsində uğurla inkişaf etdirilən əməkdaşlıq barədə tədbir iştirakçılarına məlumat verib.
Sərgidə Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Qazaxıstan və Özbəkistan diplomatik nümayəndəliklərinin rəhbərləri, mətbuat və mədəni dairələrin, Macarıstandakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Sərgi 31 may tarixinə qədər davam edəcək.