Şou-biznes

Bülənt Ərsoyun sərvəti açıqlanıb

Türkiyənin məşhur sənətçisi Bülənt Ərsoyun sahib olduğu əmlak və sərvətin miqyası ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Uvertura.az xəbər verir ki, Ərsoyun yalnız İstanbul şəhərində 28 mənzili və 4 yüksək səviyyəli villası var. Bundan əlavə, onun Muğla, Bodrum, Marmaris və Antalyada da dəbdəbəli yaşayış məkanları yerləşir.

Sənətçi İstanbulun Fənərbaxça bölgəsində şəxsi saunaya da sahibdir. Eyni zamanda, Antalya və Fethiyedə yanacaqdoldurma məntəqələri əldə edib. Bülənt Ərsoyun 30 metrlik dəbdəbəli yaxtası və tikinti sektorunda istifadə olunan, kirayə verilən kran avtomobilləri də mövcuddur.

You may also like