Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə “Bulvarda kino axşamı” adlı layihəyə start verilir.
Uvertura.az xəbər verir ki, ilk nümayiş iyulun 19-na planlaşdırılıb. Həmin gün bulvarda açıq havada C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Görüş” filmi göstəriləcək.
Seans saat 20:00-da başlayacaq.