“Sosial şəbəkələrdə məni təhqir edirlər.”
Uvertura.az Big.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti və tanınmış aktyor Qurban İsmayılov Yenicag.az-a verdiyi açıqlamada deyib.
“Vətəndaş A” serialında Hacı Əhməd obrazı ilə geniş diqqət çəkən aktyor, bu obrazın tamaşaçı tərəfindən necə qarşılandığı haqqında danışıb. Adətən müsbət obrazları ilə tanınan aktyorun fərqli obrazı tamaşaçılar tərəfindən birmənalı şəkildə qəbul edilməyib. Qurban İsmayılov sosial şəbəkələrdə tənqidlərə məruz qaldığını bildirib:
“Adətən, məni müsbət obrazlarla tanıyan tamaşaçılar Hacı Əhməd obrazını birmənalı şəkildə qəbul etmədilər. Sosial şəbəkələrdə məni təhqir edirlər. Amma bunu normal qəbul edirəm. Hacı Əhməd də bizim cəmiyyətimizdən biridir. İş adamıdır, o da pul qazanmaq istəyir. Amma mən aktyoram və mənim üçün obrazın müsbət, yaxud mənfi olması fərq etmir. Əsas odur ki, mənə verilən obrazın öhdəsindən gələ bilim.