“Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin qəhrəmanı Kefli İsgəndərin real şəxsiyyət olduğu bir neçə mənbədən bizə məlumdur. Bir sıra mənbələrdə onun sovet hökuməti Azərbaycanda qurulduqdan sonra Türkiyəyə mühacirət etdiyini və orada dəfn olunduğunu yazılır.
Əslində isə Kefli İsgəndər 1918-ci ildə cavan yaşlarında dünyasını dəyişib. Əslən Ağcəbədi rayonunun Hüsülü kəndindən olan İsgəndər Hacı oğlunun qəbri də elə doğulduğu kənddədir”.
Uvertüra.az xəbər verir ki, bu haqda Akademik Milli Dram Teatrının rəsmi səhifəsində məlumat verilib.
“Dövrün maarifçiləri arasında ziyalılığı, aydın fikirliliyi ilə tanınan bu şəxsin sorğı Mirzə Cəlilə Ağcabədidə dərs dediyi vaxtlarda çatır. Bu da təxminən 19-cu əsrin son, 20-ci əsrin ilk illərinə təsadüf edir.
Kefli İsgəndərin məzarının fotosunu təqdim edirik. Məzarın üzərində “Kefli İsgəndər Hacı oğlu” sözləri yazılıb”.