“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda tolerantlıq: “Cənubda çalınan kilsə zəngləri və sinaqoqlar” filminin hazırlanması, tədbirlərin təşkili layihəsinin icrasını başa çatdırıb.
Uvertura.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycanın cənub bölgəsində – Lənkəran və Cəlilabadda mövcud olan kilsələrdən bəhs edən 16 dəqiqəlik film hazırlanıb.
“Cənubda çalınan kilsə zəngləri və sinaqoqlar…” adlanan filmin sujet xətti əsasən bölgədə mövcud olan kilsələrin real vəziyyəti üzərində qurulub.