Ötən həftə ayrıldıqları deyilən türk model Çağla Şikel sevgilisi, vəkil Nail Gönenli ilə yenidən barışıb.
Uvertura.az xəbər verir ki, Gönenli özünün “Instagram” hesabından model ilə səmimi fotosunu paylaşaraq barışdıqlarını hər kəsə elan edib.
Qeyd edək ki, daha öncə model açıqlamasında onunla sevgili olub-olmamasını inkar etməmiş, jurnalistlərə cavabında “hər şey gördüyünüz kimidir”, – deyə cavab vermişdi. Həmçinin ayrılıq xəbərlərindən sonra isə Çağla özünün “Instagram” səhifəsində post paylaşmış və əlavə etmişdi “İndi, Çağla get o qəlbi qırılan balaca qızı yenidən tap və onu sağalt”.
Bildirək ki, modelin Emre Altuğ ilə əvvəlki evliliyindən 2 oğlan övladı var, vəkilə qədər isə həyatında heç kim olmadığı bildirilir.