Mayın 27-də Bakı Konqres Mərkəzində Türkiyənin sevilən müğənnisi Candan Erçetinin konserti olacaq.
Uvertüra.az xəbər verir ki, özünəməxsus ifa tərzi ilə qəlbləri fəth edən müğənni öz repertuarında olan mahnılarla ilk dəfə paytaxtımızda pərəstişkarları qarşısında çıxış edəcək.
Həmçinin mayın 27-də Heydər Əliyev Sarayında isə məşhur türk ifaçısı Rafet El Roman növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə çoxsaylı istəkləri nəzərə alaraq türk pop musiqisinin məşhur ifaçısı Rafet el Roman yenidən öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.
Qeyd edək ki, biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.