28-30 iyul 2023-ci il tarixində növbəti “Caspian Motor-Show” avtomobil sərgisi baş tutacaq.
Uvertura.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) rəsmi internet saytında məlumat yayılıb.
AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev tədbirlə əlaqədar bunları deyib:
“Caspian Motor-Show 2023” çərçivəsində “TEZ: Təhlükəsizlik, Ekologiya, Zövq” mövzusunda konfransın baş tutacağı da planlaşdırılıb. Konfransda avtomobil, bank, sığorta sektorlarının nümayəndələri ölkədə avtomobil parkının yenilənməsi, yollarda hərəkətin təhlükəsizliyi, ekologiya mövzusunda müzakirələr aparacaq. Bu foruma Nazirlər Kabinetindən, müxtəlif dövlət qurumlarından, Milli Məclisdən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən nümayəndələr dəvət olunacaqlar.