Dünyaca məşhur amerikalı müğənni Castin Timberleyk bu yay Bakıya gəlir!

Uvertura.az xəbər verir ki, 44 yaşlı ulduz sənətçi iyulun 27-də Bakı Olimpiya Stadionunda möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

Təkcə musiqiçi deyil, eyni zamanda prodüser, bəstəkar və aktyor kimi də tanınan Timberleykin Bakıda baş tutacaq konserti böyük maraqla gözlənilir.

Biletlərin satışa çıxarılması isə cəmi üç gün sonra planlaşdırılır.

You may also like