Bakı, Azərbaycan – 27 iyul 2025-ci il tarixində dünya şöhrətli müğənni, bəstəkar və aktyor Castin Timberleyk “The Forget Tomorrow” dünya turu çərçivəsində ilk dəfə olaraq Bakı səhnəsində çıxış edəcək. Möhtəşəm konsert Bakı Olimpiya Stadionunda baş tutacaq.
Uvertura.az xəbər verir ki, Tədbirin təşkilatçıları – iTicket Production və Dream Group International – bildirirlər ki, konsertin biletləri artıq satışa təqdim olunub. Biletləri iTicket.az rəsmi internet saytı, mobil tətbiqi və şəhər üzrə bütün kassalardan əldə etmək mümkündür.
Çoxşaxəli sənət fəaliyyəti ilə tanınan Castin Timberleyk 10 dəfə “Grammy”, 4 dəfə “Emmy” mükafatına layiq görülüb və “Can’t Stop the Feeling!” hitinə görə “Oskar” nominasiyası qazanıb. Onun həm musiqi sahəsindəki nailiyyətləri, həm də kino və biznesdəki uğurları dünya üzrə milyonlarla insanın diqqətini çəkir.