Oktyabrın 7-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yazıçı Cavid Zeynallının “Həmin işıqlı günlər” kitabının təqdimat mərasimi keçirilib.
Uvertura.az xəbər verir ki, təqdimat mərasimində tanınmış yazıçılar, ədəbiyyatşünaslar, jurnalistlər və kitabsevərlər iştirak ediblər.
Tədbirdə çıxış edən “Həmin işıqlı günlər” kitabının redaktoru Mübariz Örən Cavid Zeynallının yaradıcılığına toxunub. O qeyd edib ki, kitabda müəllifin şəxsi təəssüratı, hadisələrə özünəməxsus baxışı və ədəbiyyatın insan həyatındakı rolu ön plana çəkilir.