“CHARACTERS” Müasir Dramaturgiya Festivalı “EURODRAM” Avropa teatr tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində pyes müsabiqəsini elan edib.
Uvertura.az xəbər verir ki, dramaturq İsmayıl İmanın kuratorluğu ilə 2023-cü ildə təsis edilmiş “CHARACTERS” Müasir Dramaturgiya Festivalı müəlliflərin yazı prosesinə marağını artırmaq və dramaturqlar, rejissorlarla teatrlar arasında əlaqələri gücləndirmək məqsədi daşıyır.
“Azərbaycan pyesləri-2026” müsabiqəsinə son beş il ərzində 18-50 yaşarası dramaturqlar tərəfindən yazılmış əsərlər qəbul olunur.
Ərizələrin qəbulu 2025-ci il noyabrın 1-dən 2026-cı il fevralın 1-dək davam edəcək. Seçim nəticəsində üç qalib müəyyən ediləcək və onların adları gələn ilin mart ayında elan olunacaq.
Əsasnaməyə əsasən, bu dramaturgiya müsabiqəsi “CHARACTERS” Müasir Dramaturgiya Festivalının tədbirləri çərçivəsində keçirilir. Qəbul edilmiş pyeslər əsasında ekspert münsiflər heyəti uzun siyahını (long-list), qısa siyahını (short-list) və üç qalibi (birinci, ikinci və üçüncü yerlər) müəyyən edəcək.
