Artırılmış Reallıq əsaslı “ChatGPT” esse, məqalələr yazmaq, sayt yığmaq ilə yanaşı, incəsənət əsərləri də (rəsm kimi-red.) yaratmaq gücünə sahibdir.
Uvertüra.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, “ChatGPT” incəsənət aləmində yeni suallar doğurub, bu müəlliflik hüququndan tutmuş, rəssamların işini əlindən alacağına qədər uzanır. Yeni rəsm əsəri yaratmaq üçün isə saatlara ehtiyac yoxdur, “ChatGPT”yə daxil olursunuz, təlimatları izləyib öz əsərinizi yaradırsınız.
OpenAI-nin GPT-3 modelinə əsaslanan yeni texnologiyası müxtəlif dilləri dəstəkləməkdədir.