“Çılpaq geyim” anlayışı ilk dəfə 1930-cu ildə dəb sektoruna daxil olan termin olub”.
Uvertüra.az BBC Mədəniyyətə istinadən xəbər verir ki, dəb üzrə tarixçi Kimberly Chrisman-Campbell özünün sonuncu kitabında “Ətəklər: 20-ci əsrdə müasir qadınlıq modası” adlı kitabında bu haqda yazıb.
Onun sözlərinə əsasən 1930-cu illərdə bu termin daha çox asqısız geyimləri təsvir etmək üçün istifadə edilirdi. Çünki həmin zaman belə geyinən insanlar digərlərinə çox çılpaq görünürdü”.
“20-ci əsrin ortasında isə aktyor və müğənnilər sərhədləri aşaraq daha da uzağa getmişdilər. Cəsarətli səhnə geyimləri ilə çılpaq görünüş yaradırdılar. Daha sonra 1962-ci ildə isə aktrisa Marilyn Monroe Kennedy-nin doğum günündə iştirak edən zaman “nude” görünüş verən geyimdən istifadə etmişdi. O, səhnəyə çıxaraq ABŞ-ın o zamankı prezidenti Kennedy-ni doğum günü ilə bağlı təbrik etmiş və mahnı oxumuşdu. Lakin həmin zaman bu “çılpaq geyim” hesab edilmirdi, bu daha çox çılpaqlıq görünüşü verən illüziya geyim idi”, – deyə Kimberly qeyd edib.
Tarixçi əlavə edib ki, həmin dövrdə aktrisa Dietrich və Marilyn Monroe kimi onların əsas məqsədi diqqətləri cəlb etmək idi və onlar istəyinə nail olmuşdular.