Aktyor Cim Kerri, 1994-cü il istehsalı olan “Maska” komediyasının mümkün davamı barədə şərh verib.
Uvertura.az xəbər verir ki, Kerrinin sözlərinə görə, onun bu rola qayıtması üçün əsas şərt “doğru ideya”nın olmasıdır. Aktyor bildirib: “Bu, düzgün ideya olmalıdır. Əgər kimdəsə belə bir ideya olsaydı, düşünürəm ki… Məsələ pulda deyil… Heç vaxt dəqiq bilmirsən. Belə şeylərdə əmin olmaq olmaz.”
Xatırladaq ki, “Maska” filmi, Norveç tanrısı Lokinin qədim maskasını tapan bank işçisinin hekayəsini izah edirdi. Maska, onu geyinən insanı şən və hər şeyə qadir bir trikstera çevirir və onun gizli arzularını yerinə yetirir. Filmdə həmçinin Kemeron Dias da rol alıb. Filmin dünya üzrə gəliri 350 milyon dollar təşkil edib.