Xatırlayırsınızsa bundan əvvəl “Kiçik Şahzadə” kitabını analiz etmişdik. İndi isə dünya ədəbiyyatının ən məşhur əsərlərindən biri olan Fyodor Dostoyevskinin “Cinayət və Cəza” əsərindən danışaq.
Dostoyevski “Cinayət və Cəza” əsərində insan təbiətinin mürəkkəbliyi və psixoloji çətinliklərindən bəhs edir. Əsərdə yoxsulluğun, qeyri-insani şəraitin, cinayətin və cəzanın müxtəlif aspektləri təsvir olunur.
Roman Sankt-Peterburqda baş verir və baş qəhrəmanımız Raskolnikov adlı gəncin hekayəsindən bəhs edir. Raskolnikov yoxsul bir universitet tələbəsidir və həyatındakı çətinliklər üzündən ümidsizdir. Yoxsul olduğuna görə universiteti də yarıda qoymağa məcbur olur.
Bir gün onun ağlına belə bir fikir gəlir: o, həm pul qazanacaq, həm də varlı qadını öldürməklə özünü sübut edəcək. Raskolnikov bu fikri həyata keçirmək üçün hərəkətə keçir və qadını öldürür. Lakin bu qətldən sonra peşmançılıq hissi keçirməyə və psixoloji problemlər yaşamağa başlayır…
Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanı insan şüurunda qaranlıq və azğın düşüncələrin yaratdığı mənəvi konfliktləri təsvir edən ədəbi şah əsərdir. Roman insan təbiətinin mürəkkəbliyindən bəhs etməklə yanaşı, insanların yaşadığı sosial problemlər, yoxsulluq və korrupsiyanı da tənqid edir.
Romanın qəhrəmanı Raskolnikov yoxsul tələbədir və mövcud nizamın ədalətsizliyini şübhə altına alır. Onun fəlsəfəsinə görə, “üstün insanlar” başqalarının həyatını riskə atan “pis” insanları öldürməklə cəmiyyətin xeyrinə hərəkət edə bilərlər. Buna görə də Raskolnikov kasıb sələmçi Alyona İvanovnanı öldürür və oğurlanmış pullarla ailəsini təmin edir.
Lakin Raskolnikovun vicdanı onu törətdiyi cinayətə görə rahat buraxmır. Roman boyu Raskolnikovun beynindəki daxili ziddiyyətlər və onun cinayətinin üzə çıxacağı qorxusu oxucunu özünə cəlb edən bir gərginliyə səbəb olur. Raskolnikov sonda cinayətini etiraf edir və cəzalandırılır.
Romanın digər mühüm mövzusu sosial ədalətsizlikdir. Raskolnikov yoxsulluğun əzdiyi bir tələbə kimi cəmiyyətin kasıblara və məzlumlara qarşı ədalətsiz davrandığını düşünür. Müəllif roman boyu kasıbların yaşadığı çətinliklərdən, insanların çarəsizliyindən, fitnə-fəsadından bəhs edir. Raskolnikovun cinayəti sosial korrupsiyanın nəticəsi kimi görünür.
Müəllif personajların daxili aləmini dərindən təhlil edir. Dostoyevski Raskolnikovun şüurunda olan konfliktləri, törətdiyi cinayətin nəticələrini, cəzası ilə bağlı psixi vəziyyətini ustalıqla təsvir edir. Bundan əlavə, personajların dialoqları romanın reallığını artırır və oxucunun personajların hisslərini daha yaxşı dərk etməsinə şərait yaradır.
Araşdırdı: Səid Məmmədov