“Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında “Aytaç Media”şirkətinə məxsus olan “Efsane” Türk komediyasının qala gecəsi keçirilib.
Uvertura.az xəbər verir ki, tədbirdə filmin qəhramanları Ahmet Kural, Cemile Canyurt, Tuana Tezsay, həmçinin “Aytaç Media” şirkətinin sahibkarı Aytaç Ağdağ və rəhbəri Ediz Kentkuran iştirak ediblər.
Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarlara imza verərək şəkil çəkdiriblər.
Filmin rejissoru və ssenari müəllifi Selçuk Aydemirdir.
Baş rolları Ahmet Kural, Cengiz Bozkurt və Cemile Canyurt canlandırıblar.
Film haqqında qısa məlumat: Çorumda yaşayan Sadık və ailəsi minilliklərdən bəri ailə ənənəsi olaraq qatıq hazırlayır və qatıqlarının dadı və müalicəvi xüsusiyyətləri ilə tanınır. Bu əfsanəvi qatığın sirrini ailənin böyüyü Dədə saxlayır və özü hazırlayır. Amma yay günü babanın evinin damına qar yağması hər şeyi dəyişir… İnanclara əsasən, əgər yayda qar yağarsa, bu möcüzəvi qatığın sirri Dədə tərəfindən ailənin başqa üzvü ilə paylaşılmalıdır. Hər kəs bu dəyərli sirri əldə etmək istəyir.
Tədbirin təşkilində Cinema Distribution, “Coffemania” restoranlar şəbəkəsi, foto və video çəkilişdə – “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.