Martın 29-dan yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində Türkiyənin “Güneşi söndürmem gerek” romantik dramının nümayişi başlayır.
Uvertura.az xəbər verir ki, filmin rejissoru Hande Türkeldir.
Baş rolları Serra Arıtürk, Samet Kaan Kuyucu və Gürberk Polat canlandırıblar.
Filmin yaş həddi “16+” olaraq müəyyənləşdirilib.
Filmin qəhrəmanı Umut onun üçün mükəmməl ola biləcək həyat yaşayan bir gəncdir. Ancaq həyatında ən dəyərli varlığı olan sevgilisi Anılı itirdikdə hər şey alt-üst olur. Pərişan olan Umut həyatına qaldığı yerdən davam etməkdə çətinlik çəkir. Ancaq bu zaman heç gözləmədiyi bir reallıqla qarşılaşır və onunla üzləşmək məcburiyyətində qalır.