Bir dövrə damğa vuran məşhur “Çukur” serialının film versiyası üzərində işlərə yenidən start verilib.

Uvertura.az xəbər verir ki, layihə əvvəlcə dayandırılsa da, Ay Yapım şirkəti filmi yenidən gündəmə gətirib və Prime Video platforması ilə əməkdaşlıq edib. Filmin bu yay ərzində çəkilməsi planlaşdırılır.

Dörd mövsüm və 131 bölümdən ibarət olan “Çukur” serialı təkcə hekayəsi ilə deyil, həm də musiqisi və vizual üslubu ilə fenomenə çevrilmişdi.

Hazırda filmdə hansı aktyorların rol alacağı və ssenarisi ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

You may also like