Müğənni Dəniz Əsədova barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə axtarış elan edilib.
Uvertura.az Big.az-a istinadən xəbər verir ki, müğənni sosial şəbəkələrdə təhqir etdiyi bir vətəndaşın Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələrinə əsasən xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.
İddialara görə, məhkəmədən yayınan Dəniz Əsədova barəsində məhkəmə axtarış elan edilməsi qərarına gəlib.
Bundan əlavə, Binəqədi rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri olaraq, Dəniz Əsədovaya həmin vətəndaşla bağlı məlumat paylaşmaq və yaymaq qadağan edilib.
Dəniz Əsədova daha əvvəl Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və digər maddələr üzrə vətəndaşları təhqir etdiyi üçün də məsuliyyətə cəlb olunub.