Dənizkənarı Bulvar İdarəsi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aksiya təşkil edib.
Bulvar İdarəsindən Uvertüra.az-a bildirilib ki, uşaqlara 5 attraksiondan ödənişsiz istifadə üçün şərait yaradılıb.
Dənizkənarı Bulvar İdarəsi bu ənənəni artıq uzun illərdir ki, həyata keçirir. Bu dəfə uşaqlar avtodrom, uşaq pavilyonu, batut, karnaval-1 və karnaval-2-də əyləncəli anlar yaşayıblar.