Şöhlət Əfşar “Dərdnamə” poemasını İkinci Qarabağ müharibəsindən – Vətən müharibəsindən düz bir il əvvəl 5 noyabr 2019-cu ildə yazıb. Onda hələ 30 il işğalda qalan Qarabağ dərdimiz var idi. Və bu dərd özünün son həddinə çatmışdı. O zaman şair bu dərd kontekstində başqa dərdlərimizi də poetik şəkildə dilə gətirmişdir.
“Dərdnamə” – “Möhtacam Sənə”
