Türkiyədə yayımlanan “Siyah Kalp” serialında “Samet” obrazını canlandıran Burak Sergen layihədən ayrılacaq.
Uvertura.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun serialdan ayrılmasına səbəb, onun və “Hikmet” rolunu oynayan Esra Dermancıoğlu arasında yaşanan mübahisə olub.
Məlumata görə, mübahisə zamanı “Bünyamin”i canlandıran Bülent Polat müdaxilə edib və Burak Sergen ona hücum edib. Bu hadisənin nəticəsində Sergenin serialdan ayrılması qərarı verilib.
Qeyd edək ki, Burak Sergen əvvəllər Çukur serialında “Beyefendi” rolunu canlandırıb