Dilan Polatın ardınca 3 il əvvəl keçmiş ortağı fenomen Nez Dəmirin də mal varlığına əl qoyulub.
“Uvertura.az” türk mediasına istinadən xəbər verir ki, Əmlakı müsadirə edilən Nez Dəmir göz yaşları içində çəkdirdiyi videoda qurban olduğunu bildirib. Qurban olduğunu bildirən Nez Dəmir, “Bir dostumun qurbanıyam”.
“Yeni şirkətlərimin adıçəkilən şirkətlərlə heç bir əlaqəsi yoxdur, 3 il əvvəl mövcud olan ortaqlıqda da heç bir problem yoxdur. Dövlət də deyir ki, Onlar araşdırana qədər mən tədbir görməliyəm.Bəs burada mənim günahım nədir? deyə fenomen üsyan edib.
Nez Dəmir “Mənim sərvətim yoxdur, müsadirə edəcəyim heç nəyim yoxdur, belə şeylərdə olmaq belə mənim üçün alçaldıcıdır. İstəyirəm ki, bu istintaq hamı üçün tez yekunlaşsın. Haqqımda tədbir görüldü, atamın yanına 40 illik esnaf gəldi, maaş verirəm, kirayə pulu verirəm… Bütün orqanlardan xahiş edirəm, məni həbs edə bilərlər, siz də çağırıb ifadə verə bilərsiniz” deyə ifadələr səsləndirib.