Mədəniyyət Nazirliyinin dəstəyi ilə 26 sentyabr – 1 oktyabr tarixlərində DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək.
Bu barədə Uvertura.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, DokuBaku festivalı son iki ildə Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi olmaqla 2017-ci ildən hər il keçirilir. VII festivalın mövzusu “KosmoDarvinizm: Dolça dövrü”dür. Festivalın proqramı 43 nümayişdən ibarətdir.