Sammy Sins official pornstar page https://pornlux.com/pornstar/sammy-sins. https://apotekdansk.com/ https://farmaciamillefolia.ro/

Tangiers Casino offers an unbeatable gaming experience! Dive into the thrill at Tangiers Casino, where endless fun awaits. With countless games and amazing bonuses, Tangiers Casino is your number one destination. Don't miss out on the excitement

Все новые игроки которые используют промокод 1вин при регистрации аккаунта получают приветственный бонус 500% до 200 000 рублей. Новые игроки получают от 1xbet поощрение – бонус при регистрации. Просто используйте промокод 1xbet и вы получите бонус 100% до 32500 рублей. Entrez le code promo 1xbet bénin un bonus VIP pour parier sur le sport de 169000 XOF ou pour le casino de 1950€ + 150 Tours Gratuits.

Azərbaycan ədəbiyyatı tarixində böyük xidmətləri olan sənətkarlardan biri də Rəsul Rzadır. Onun milli keyfiyyətlər, bəşəri məzmun və yüksək ideya-bədii dəyərləri ilə seçilən lirik şeirləri və poemaları Azərbaycan poeziyasının yüksək sənət nümunələridir. Şairin dərin ve humanist mahiyyətli poeziyası vətənimizin hüdudlarını aşaraq bir çox ölkələrə yayılmış, xarici dillərə tərcümə olunaraq nəşr edilmişdir. R.Rza ədəbi yaradıcılıq aləminə ötən əsrin 20-ci illərində gəlmiş, “Bu gün” adlı ilk şeiri 1927-ci ildə Tiflisdə “Qığılcım”jurnalında dərc olunmuşdur. 1932-ci ilde şairin “Çapey” adlı ilk şeirlər kitabı nəşr olunmuşdur. Çoxcəhətli yaradıcılığa malik sənətkar bundan sonrakı dövrdə onlarca şeirlər kitabı çap etdirmiş. dərin məzmunlu poemalar müəllifi kimi şöhrət qazanmışdır.

R.Rza yaradıcılığının ən gözəl nümunələrindən biri “Qızıl gül olmayaydı” poemasıdır.O,bu poemanı həmkarı Mikayıl Müşfiqə həsr etmişdir.Ümumiyyətlə,R.Rza və Mikayıl Müşfiq çox yaxın dost idilər. M.Müşfiq  də öz növbəsində yеni poеtik formalar yaratmaq cəhətində qələm yoldaşlarından sеçilən, fərqlənən şairlərimizdəndir. Qеyd еdim ki, narahat bir sənətkar olan Müşfiq onu məşğul еdən, düşündürən, nifrət və məhəbbətinə, kədər və sеvincinə səbəb olan məsələlərin еcazkar ifadəsi üçün həmişə çırpınmış, rəngarəng mövzulu, məzmunlu poеziyasında əlvеrişli poеtik formaların da olmasına çalışmış, bu sahədəki aхtarışını hеç vaхt dayandırmamışdır. R.Rza öz xatirələrinnin birində belə qeyd edir: “Geniş salon ağzına qədər adamla dolmuşdur. Alqış səsləri dərələrdən şaqqıldayıb gələn gurultulu selləri xatırladırdı. Qarabuğdayı oğlan sağ əlini qaldırıb adamları sakit etmək istəyir, lakin alqış səsləri susmaq bilmir. Kürsüdə bir an səssiz dayanan bu cavan Müşfiqdir. Mikayıl Müşfiq!… Gənc şair Mikayıl Müşfiq şeir oxuyur. Bəli, o, gənc idi. O, olduğundan daha artıq qüdrətli, daha gözəl bir şair ola bilərdi.”

 

 

R,Rza “Qızıl gül olmayaydı” poemasını ötən əsrin 60-cı illərində qələmə almış , 1937-ci ilin müdhiş dövlət siyasətinin qurbanı olmuş görkəmli Azərbaycan şairi Mikayil Müşfiqin taleyini mərkəzi hadisə kimi götürmüşdür. Poema keçmişə qayıdış şəklində yazılmışdır.Müəllif Mikayıl Müşfiq haqqında, onun dövrü, şəxsiyyəti, yaradıcılıq uğurları, faciəvi taleyi haqqında söhbətlərini onun həyat yoldaşı Dilbər xanımla mükalimə şəklində aparır, bəzən də özünün M.Müşfiqlə keçirdiyi günləri, o zamankı ədəbi mühiti, şairin yaradıcılıq axtarışlarını, oxucularla görüşləri, bu görüşlərdə Müşfiq şeirinin oxuculara təsirini xatirə şəklində qələmə alır. R.Rzanın təsvirində gözlərimiz qarşısında onun  M.Müşfiqlə “Gənc işçi” qazetinin redaksiyasındakı ilk görüşləri, ilk tanışlıqları canlanır. Müəllif Müşfiqlə birlikdə pəncərəsi döşəmədən bircə qanş yuxarı olan mənzillərində Lermontovun “Demon” poemas;n;n tərcüməsi üzərində necə işlədiklərini, Müşfiqin əlini sinəsinə qaldırıb şeir söyləməsini elə şirin bir dille t’svir edir ki, oxucunun gözü önünden M.Müşfiqin coşqun təbiəti canlı va real obrazı gəlib keçir. Oxucu hiss edir ki, bu şairlərin arasındakı münasibət çətinliklərlə dolu mübarizədə bərkimiş bir dostluq olmuşdur.

 

Günlərimiz bir vamda keçməsi.

Yaxşısı da oldu, pisi də.

Könlün qazancı da oldu,

ömrün itkisi də.

Mübahisəmiz də oldu,

münaqişəmiz də.

Canlı insan idik biz də.

R.Rzanın xatirələrində M.Müşfiq həm də sənət fədaisi, coşqun və çılğın təbiətli bir şair kimi canlanır:

Dostları çox idi,

bütün yaxşı insanlar kimi,

Ürəyi sadəydi, zəngin idi.

Bahar kimi.

Tək-nadir deyildi.

Şairlərdən biri,

vətəndaşlardan biri,

ən yaxşı adamlardan biri idi.

Hər şeydən artıq şeirin əsiri idi.

 

R.Rzanın poemada başlıca müvəffəqiyyəti M.Müşfiq obrazı vasitəsilə zamanın obrazını, dövranın dramatizmini və faciəsini əks etdirə bilməsidir. Poemada bu yaradıcılıq vəzifəsini müəllif bir axşamüstü Müşfiqdən ayrıldığını təsvir etdiyi hissədə canlandıra bilmişdir. Dostlar səhər görüşmək ümidi ile ayrılırlar. Lakin səhər olur, onlar görüşə bilmirlər, vaxt ötür, Müşfiq gəlib çıxmır… Bu hissede artıq şair dövrü, repressiya illərinin sərt, dəhşətli gerçəkliyini canlandırır, M.Müşfiq kimi bir istedadlı sənət adamının məhv edən həmin günləri lənətlə xatırlayır. “Qızıl gül olmayaydı” poeması təkcə M.Müşfiqin yox, repressiya qurbanı olmuş minlərlə namuslu, günahsız Azərbaycan ziyalısının xatirəsini əbədiləşdirən gözəl sənət əsəridir. Poema bu gün da oxucular tərəfindən hərarətlə qarşılanır və sevilə-sevilə oxunur.

 

 

 

Oxşar Xəbərlər