Peşə bayramı günündə Azərbaycan Dövlət Teatr Muzeyi bu devizi və Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamını rəhbər tutaraq, həmçinin ölkəmizdə təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını – COP29–u dəstəkləyərək, mayın 18-də “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib.
Muzeydən Uvertura.az-a bildirilib ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişiklikləri, onun ətraf mühitə mənfi təsiri və bu kimi ekoloji problemlər ətrafında söhbət aparılıb.