magbo system
Mədəniyyət

Dövlət Uşaq Filarmoniyasında Novruz festivalı

Martın 17-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Novruz festivalı” keçiriləcək.

Filarmoniyadan Uvertura.az-a bildirilib ki, festival çərçivəsində Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq. Eyni zamanda Filarmoniyanın istedadlı solistlərinin çıxışları, eləcə də qonaqlar üçün sərgi və yarmarka təşkil ediləcək.

Martın 18-də isə Filarmoniyanın “Sədəf” xalq çalğı alətləri ansamblının solo konserti baş tutacaq. Konsertdə ansamblın repertuarından seçilmiş əsərlər səsləndiriləcək.

You may also like