Mədəniyyət

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert-tamaşa təşkil edilib

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Musiqi və sənət – uşaq qəlblərindən” adlı konsert-tamaşa baş tutub.

Tədbir çərçivəsində Milli Musiqi Günü münasibətilə uşaqların çəkdiyi rəsmlərdən ibarət sərgi də təşkil olunub. Sərgi Uşaq Filarmoniyasının qarşısından başlayaraq interaktiv kompozisiya şəklində konsert zalına qədər davam edib.

Tamaşa zamanı müxtəlif musiqi kollektivləri, xor, folklor rəqs ansamblı, xalq çalğı alətləri ansamblı, solistlər, gimnastlar və rəqqaslar səhnəyə çıxıblar. Eyni zamanda, “Leyli və Məcnun” operasından səhnələr əsasında hazırlanmış xüsusi kompozisiya təqdim olunub.

Uvertura.az xəbər verir ki, konsertdə Azərbaycanın tanınmış bəstəkarlarının əsərləri səsləndirilib və uşaqların ifasında musiqi və sənətin gözəlliyi bir daha tamaşaçılara yaşadılıb.

You may also like