Səhnə işıqları sönəndə, ulduzlar da fərqli görünür…
Bu dəfə diqqət mərkəzində nə hit mahnılar, nə də möhtəşəm performans var. Uvertura.az xəbər verir ki, dünyaca məşhur pop ulduzu Dua Lipa makiyajsız halda kameralara tuş gələrək sosial mediada geniş müzakirələrə səbəb olub.
İlk dəfə bu qədər təbii görüntülənən sənətçinin fotoları pərəstişkarları arasında fərqli reaksiyalar doğurub. Bəziləri onun sadə və təbii gözəlliyini tərifləyərək heyranlıqlarını gizlətməyib, digərləri isə makiyajlı və makiyajsız görünüş arasındakı fərqi yumorla şərh edib.
Sözügedən fotonu təqdim edirik:

