Azərbaycanın ağır atletikasının nümayəndəsi Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Uvertura.az Report-a istinadən xəbər verir ki, 109 kq çəki dərəcəsində yarışan atlet “körpücük” üzərinə çıxaraq birdən qaldırmada 183 kq ağırlığı qaldıraraq dördüncü yeri tutub.
Təkanla qaldırma hərəkətində isə daha yaxşı nəticə göstərərək tarixi bir uğura imza atıb. 221 kq ağırlığı başı üzərinə qaldıran Dadaşbəyli, bu hərəkətdə dünya çempionatının gümüş medalını əldə edib.
Ümumilikdə, təmsilçimiz 404 kq (183+221) nəticə ilə yekun sıralamada ikinci yerə yüksəlib.
Qeyd edək ki, Dadaşbəyli ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.