Azərbaycan Atıcılıq Federasiyasının (AAF) Perunun Lima şəhərində keçirilmiş gənclər arasında dünya çempionatında yüksək nəticə göstərən idmançıları təltif olunublar.
Uvetura.az Trendə istinadən xəbər verir ki, AAF-nin vitse-prezidentləri Zemfira Meftahətdinova və Tofiq Bəylərov medal qazanan idmançıları, habelə onların inkişafında və hazırlığında böyük rol oynayan şəxsi məşqçilərini xüsusi mükafatlarla təltif ediblər.
Mükafatlandırma mərasimində idmançıların əldə etdiyi nailiyyətlərin ölkənin atıcılıq idmanının inkişafına verdiyi töhfələr vurğulanıb, onların gələcəkdə daha böyük uğurlara imza atacaqlarına inam ifadə olunub.